Müharibə davam edərkən Kiyev NATO-ya üzv ola bilməz - Stoltenberq



 16:28 13.07.2023     370

Ukraynanın Rusiya ilə müharibəsi davam edərkən Kiyev NATO-ya üzv ola bilməz.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, müttəfiq ölkələr razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndəriləcək. Ukraynaya ciddi hərbi dəstək paketinin razılaşdırıldığını və siyasi əlaqələrin artırılması üçün NATO-Ukrayna Şurasının yaradıldığını deyən Stoltenberqin sözlərinə görə, liderlər Ukraynanın NATO üzvü olmasına razılıq verib.

Stoltenberq bildirib ki, Ukrayna üçün bəzi siyasi və hərbi kriteriyaları ehtiva edən Üzvlük Fəaliyyət Planı ləğv edilib və bu, üzvlük prosesini iki mərhələdən tək mərhələyə endirib.

Bahadur Seyidov