ABŞ ordusu Suriyaya hərbi ləvazimatlar göndərdi
ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke əyalətindəki bazalara təxminən 100 maşından ibarət hərbi ləvazimat və logistika göndərib.
Demedia.az xəbər verir ki, İraq və Suriya arasındakı əl-Valid sərhəd-keçid məntəqəsindən ABŞ qüvvələrinin iki hərbi karvanı Hasekeyə daxil olub. Hərbi ləvazimatlar terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Şeddadi, Rumeylan və Tel Beyder yaşayış məntəqələrindəki bazalara çatdırılıb.
Hərbi ləvazimatlar daşınarkən havadan vertolyotlarla və zirehli texnikalarla müdafiə olunub.
Bahadur Seyidov