Şimali Koreya raket sınağı həyata keçirdi



 15:30 13.07.2023     290

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi istiqamətində növbəti dəfə raket sınağı keçirdiyini bildirib.

Demedi.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının bəyanatına görə, Şimali Koreya Yapon dənizi istiqamətində uzaq mənzilli ballistik raket atıb. Bəyanatda vurğulanıb ki, Cənubi Koreya hərbçiləri Pxenyanın hərbi fəaliyyətini müşahidə edir və ABŞ-la sıx əməkdaşlığa tam hazır vəziyyətdədir.Yaponiya Sahil Mühafizəsindən bildirilib ki, Pxenyanın atdığı raket Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Bildirilir ki, qitələrarası ballistik raket 6 min kilometr yüksəkliyə qalxaraq havada 1000 kilometr məsafə qət edib.

Raketin düşdüyü bölgəyə zərər dəyməyib.

Bahadur Seyidov