Çin NATO-ya çağırış edib



 18:00 13.07.2023     333

Çin Xarici İşlər Nazirliyi NATO-nu Pekinə qarşı əsassız ittihamlarına son qoymağa çağırıb.

Demedia.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin  bildirib ki, NATO-nun “Çin öz siyasəti ilə təhlükəsizliyə meydan oxuyur" bəyanatı əsassızdır. Vanq həmçinin bildirib ki, Rusiya və Çin arasındakı münasibətlər hərbi ittifaq dövlətləri arasındakı münasibətlərdən üstündür və NATO ölkələri arasındakı münasibətlərdən fərqlidir:

"Rusiya və Çin arasındakı münasibətlər münaqişəsiz və üçüncü tərəflərə yönəlməmək prinsiplərinə əsaslanır. İki ölkə arasındakı münasibətlər “soyuq müharibə”nin hərbi-siyasi müttəfiqlik modelini aşaraq böyük dövlətlər arasında münasibətlər modelinə çevrilib”.

Bahadur Seyidov