“Vaqner” Rusiya ordusuna 2000-dən çox hərbi texnika təhvil verib



 15:50 13.07.2023     293

“Vaqner” qrupu Rusiya ordusuna 2000-dən çox hərbi texnika çatdırıb və təhvil prosesi demək olar ki, başa çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, “Vaqner” Rusiyanın hərbi inventarına 2000-dən çox hərbi texnika təhvil verib. Nazirlikdən verilən məlumata görə, transfer prosesi plana uyğun olaraq davam edir və tamamlanmaq üzrədir.

“İnventarda yüzlərlə ağır silah hissələri, o cümlədən müxtəlif növ əsas döyüş tankları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, özüyeriyən artilleriya, zenit sistemləri və digər döyüş maşınları var”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Bahadur Seyidov