Dənizdə QORXULU ANLAR: Köpək balığı zənn edib...



 19:01 13.07.2023     485

Türkiyədə dənizdə görünən balıq vətəndaşları təşvişə salıb.

Demedia.az xəbər verir ki, Antalya əhalisi balıqları daş ataraq sahildən uzaqlaşdırmaq istəyib. Əvvəlcə köpək balığı olduğu düşünülən balıq növü ortaya çıxanda hər kəs rahatlayıb.

Su səthində üzgəcləri görünən köpək balığının növünü düşünən sahildə olanlar onu daşlarla çıxarmağa çalışıblar. Bu görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Sahilə yaxınlaşan növün nəsli kəsilmək təhlükəsi ilə üzləşən “mavi yelkənli balıq” olduğu anlaşıldı. Dron kamerası ilə qeydə alınan başqa bir görüntüdə mavi yelkən balığının dayaz sularda üzdüyü əks olunub.

Aralıq dənizi Universiteti (AU) Balıqçılıq Fakültəsi Müəllim Prof. Dr. Mehmet Gökoğlu 'dünyanın ən sürətli dəniz canlısı' olaraq Ginnesin Rekordlar Kitabına düşən mavi yelkən balığının zərərsiz olduğunu, sahilyanı ərazilərdə və dayaz sularda nadir hallarda görülə biləcəyini bildirib.

Aysun / Demedia.az