Fransa Senatı müdafiə büdcəsinin artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib



 14:50 13.07.2023     307

Fransa Senatı ölkənin 2024-2030-cu illər üçün müdafiə büdcəsinin 413 milyard avroya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Demedia.az xəbər verir ki, qanun ikinci oxunuşdan sonra qəbul edilib. Qanun layihəsinin əleyhinə 17, lehinə isə 313 səs verilib. Qanun layihəsi həmçinin daha əvvəl həssas missiyalarda iştirak etmiş fransız əsgərlərin və ya keçmiş əsgərlərin xarici hökumətdə və ya xarici şirkətdə işləməzdən əvvəl bunu Müdafiə Nazirliyinə bildirmək öhdəliyini ehtiva edir.

Nazirlik isə onların işə qəbulunə etiraz edə bilər. Qanun layihəsinə əsasən, büdcənin bir hissəsi ordunun modernləşdirilməsinə sərf olunacaq.

Bahadur Seyidov