Putin və Ərdoğanın taxıl sazişi ilə bağlı yeni təklifləri var - Lavrov



 17:01 13.07.2023     289

“Türkiyə Rusiya taxılının ehtiyacı olan ölkələrə göndərilməsini istəyir”.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Lavrov İndoneziyanın paytaxtı Cakartada keçirilən Rusiya-ASEAN Xarici İşlər Nazirləri Toplantısından sonra Rusiya mətbuatına açıqlamalar verib. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezidenti Vladimir Putinin Qara dəniz taxıl sazişi ilə bağlı bəzi təklifləri var. Lavrov, yeni təkliflərdən xəbərinin olmadığını bildirib.

"Görünür, bu təklif Rusiya Prezidenti Vladimir Putin və Ərdoğanın uzun müddətdir müzakirə etdiyi mövzudur. Deməli, bu, Türkiyə ilə bizim aramızda taxıla daha çox ehtiyacı olan ölkələrə güzəştli şəkildə taxıl tədarükü ilə bağlı digər razılaşmalardan müstəqildir,”, - deyə Lavrov bildirib.

Sergey Lavrov