İt dişləməsindən sonra quduz olan memar...



 21:34 13.07.2023     498

Türkiyədə Şanlıurfanın Siverek rayonunda öz itinin hücumuna məruz qalan və quduzluq diaqnozu qoyulan memar Lütfü Seray (28) son səfərinə yola salınıb.

Demedia.az xəbər verir ki, hadisə iyulun 5-də baş verib. İtinin hücumuna məruz qalan Lütfü Seray evə dönərkən quduzluq əlamətləri ilə yaxınları tərəfindən Siverek Dövlət Xəstəxanasına aparılıb.

Burada quduzluq diaqnozu qoyulan Seray Qaziantepə köçürülüb. Qaziantepdə müalicə alan Seray həkimlərin müdaxiləsinə baxmayaraq xilas ola bilməyib. Lütfü Serayın cənazəsi rayonun Tokdemir rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb. Siverek Bələdiyyəsinin qrupları tərəfindən Seraya hücum edən itdən nümunə götürülüb, daha sonra razılaşdırılaraq basdırılıb.

Mövzu ilə bağlı Siverek İlçe Qubernatorluğundan yazılı açıqlama verilib. Açıqlamada hadisənin bütün tərəflərinin araşdırıldığı bildirilib: “İyunun 12-də rayonumuzda iti tərəfindən dişlənən vətəndaşımızda quduzluq diaqnozu qoyulub və müalicə prosesinə başlanılıb. Vətəndaşımızın müalicə nəticəsində həyatını itirdiyini öyrəndik. Quduzluq hadisəsi öyrənildikdən sonra bütün aidiyyatı qurumlar prosesi diqqətlə izləmiş, aparılan müayinələr, qərarlar və görülən tədbirlər nəticəsində araşdırmalara başlanılmış, mövzu hər yönü ilə təqib edilmişdir. Mərhum vətəndaşımıza Allah rəhmət eləsin, yaxınlarına başsağlığı veririk".

Aysun / Demedia.az