"Real Madrid"də əfsanə olmaq istəyirəm - Arda



 17:21 13.07.2023     303

“Real Madrid”ə transfer olan Arda Glür klub televiziyasına açıqlama verib.

Demedia.az xəbər verir ki, klubda çox yaxşı qarşılandığını deyən Arda Gülər ​​klubdakı hədəfləri haqqında danışıb. O, “Real Madrid”də əfsanə olmaq istədiyini deyib. Klubda özünü rahat hiss etdiyini bildirən gənc istedad deyib:

"Hər kəsə təşəkkür edirəm. Məni çox yaxşı qarşıladılar. Hamı böyük maraq göstərir. Burada özümü çox rahat hiss edirəm. Avropanın bir çox klubları böyük maraq göstərdi, amma dünyanın ən yaxşı komandası səni istəyəndə rədd etmək olmur. Bu klubun tarixində əfsanə olmaq istəyirəm. Bu klub tarixi boyu bir çox çempionluqlar qazanıb. Klubun qazandığı avrokubokları görmüşəm”.

Bahadur Seyidov