F-16 təyyarələri Rusiya üçün nüvə təhdididir - Lavrov



 17:42 13.07.2023     333

Ukraynaya nüvə silahı daşıya bilən F-16 təyyarələrinin göndərilməsi Qərb tərəfindən Rusiya üçün nüvə təhlükəsi sayılır.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib:

 “Kiyev rejiminə F-16 təyyarələrinin göndərilməsi çox təhlükəli hadisə olardı. “Biz nüvə güclərinə ABŞ, Böyük Britaniya və Fransaya çatdırdıq ki, bu təyyarələrin nüvə silahı daşıya bilməsi ehtimalını nəzərdən qaçıra bilmərik. Bununla bağlı heç bir təminat kömək etməyəcək. F-16 təyyarələrinin nüvə silahı yükləməmək şərti ilə Ukraynaya göndərilməsi də Rusiyanı razı salmır. Döyüş zamanı əsgərlərimiz bu təyyarələrin nüvə silahı daşıyıb-daşımadığını anlamağa çalışmaqla məşğul olmayacaqlar”.

Bahadur Seyidov