Şimali Koreya ABŞ-ı tənqid etdi



 12:29 14.07.2023     296

ABŞ Şimal-Şərqi Asiya regionunu nüvə müharibəsinə sürükləyir.

Demedia.az xəbər verir ki, Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq belə deyib. O Pxenyanın ballistik raket atmasından sonra toplanan BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında danışıb. Kim Sonq bildirib ki, bu sınaqlar Pxenyanın özünümüdafiə hüququdur. Sınağın qonşu ölkənin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyini qeyd edən Kim, raketin Yaponiyanın iqtisadi zonasından kənara düşdüyünü xatırladıb.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun da ABŞ-ın Şimali Koreyaya artan hərbi təzyiqini və Koreya yarımadasında strateji silah yerləşdirməsini tənqid edib.

Bahadur Seyidov