Hindistanda seçkilərdə ölənlərin sayı artdı



 12:43 14.07.2023     307

Hindistanın Qərbi Benqal əyalətində keçirilən yerli seçkilərdə sandıq başında çıxan toqquşmalarda həyatını itirənlərin sayı artıb.

Demedia.az xəbər verir ki, 104 milyon əhalisi olan Qərbi Benqal əyalətində bələdiyyə seçkilərindən sonra səslərin sayılması davam edir. Polis, Qərbi Benqaliyada müxalif partiyalar arasında baş verən zorakılıqlarda ölənlərin sayının 48-ə yüksəldiyini açıqlayıb. Qərbi Benqaliyanın baş naziri Mamata Banerji isə hadisələrdə 19 nəfərin öldüyünü iddia edib.

Ştatdakı siyasi partiyalar zorakılıqda bir-birini günahlandırır.

Bahadur Seyidov