Avropa İttifaqı taxıl sazişin müddətinin uzadılmasına dəstək ver verdi



 12:47 14.07.2023     348

Avropa Komissiyası taxıl sazişin müddətinin uzadılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı ilə Türkiyə arasında aparılan danışıqlara dəstək verib.

Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidməti məlumat verib. Bəyanatda bildirilib ki, Avropa İttifaqının prioriteti Ukrayna taxılının dünya bazarlarına çıxmasını təmin etməkdir. Həmçinin vurğulanıb ki, Avropa Komissiyası tərəfləri sazişin müddətini uzatmağa çağırıb. Qeyd edilib ki, Avropa İttifaqı məsələyə töhfə verəcək bütün həll yollarını araşdırmağa hazırıq.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da mövzu ilə bağlı açıqlamalar verib. O bildirib ki, Türkiyə taxıl sazişində birgə həll yolunun tapılmasının tərəfdarıdır. O, Rusiya taxılın ixracı ilə bağlı digər razılaşmalardan asılı olmayaraq Türkiyə ilə işləməyə hazır olduqlarını bəyan edib.

Bahadur Seyidov