Finlandiya xalqı NATO üzvlüyündən sonra özünü daha təhlükəsiz hiss edir - Sauli Niinistö



 12:51 14.07.2023     312

Finlandiya xalqı NATO üzvlüyündən sonra özünü daha təhlükəsiz hiss edir.

Demedia.az xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niinistö belə açıqlama verib. Niinistö və ABŞ Prezidenti Co Bayden Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış ediblər. Niinistö bildirib ki, Finlandiya əhalisinin 80 faizi NATO üzvlüyünü dəstəkləyir və onların 80 faizindən çoxu NATO-nun müttəfiqlərini müdafiə edəcəklərini deyir.

Baydenlə ikitərəfli əlaqələri və Müdafiə Əməkdaşlığı Müqaviləsini müzakirə etdiklərini açıqlayan Niinistö, İsveç və Danimarkanın da oxşar razılaşma əldə etməsi ilə müqaviləni imzalayan Skandinaviya ölkələrinin sayının 5-ə yüksələcəyini qeyd edib.

Bahadur Seyidov