Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçirdi
Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçirib.
Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahından açıqlama verilib. Bildirilib ki, Cənubi Koreya və ABŞ B-52H strateji bombardmançı təyyarəsinin iştirakı ilə birgə hava təlimi keçirib. Məlumata görə, təlimin məqsədi Cənubi Koreya və ABŞ-ın birgə əməliyyat imkanlarını təkmilləşdirməkdir. Açıqlamada Koreya yarımadasında keçirilən təlimdə Cənubi Koreyanın F-15K döyüş təyyarələrindən istifadə etdiyi, ABŞ-ın isə F-16 təyyarələri ilə təlimə qatıldığı bildirilib. Bəyanatda deyilir ki, Cənubi Koreya-ABŞ ittifaqının gücündən istifadə edilərək sülhün bərqərar olması səyləri davam etdiriləcək.
Qeyd olunur ki, birgə hava təlimi Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınağına cavab olaraq keçirilib.
Bahadur Seyidov