Nigeriyada ərzaq təhlükəsizliyini təmin etmək üçün fövqəladə vəziyyət elan edilib



 18:31 14.07.2023     336

Nigeriyada ərzaq təhlükəsizliyini təmin etmək üçün fövqəladə vəziyyət elan edilib.

Demedia.az xəbər verir ki, bu barədə Nigeriya Prezidenti Bola Əhməd Tinubu qərar verib. O bütün aidiyyəti dövlət qurumlarına, xüsusilə də Kənd Təsərrüfatı və Su Təsərrüfatı nazirliklərinə ərzaq istehsalı və qiymətlərini münasib səviyyədə saxlamağı tapşırıb. Qida təhlükəsizliyini təmin etmək üçün fövqəladə vəziyyət elan edən Tinubu, ərzaq qiymətlərini mütəmadi olaraq izləmək və tənzimləmək üçün Milli Əsas Ehtiyaclar Şurası yaratmağa qərar verib.

Məqsəd kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və fermerlərin təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirməkdir.

Bahadur Seyidov