Güclü istilər gəlir - Türkiyəyə şok xəbərdarlıq



 19:01 14.07.2023     474

Türkiyədə ​​isti hava öz təsirini göstərərkən, vətəndaşlar sərinləmək üçün maraqlı yollar axtarır.

Demedia.az xəbər verir ki, mövsümi normalardan 5-10 dərəcə yüksək olan temperaturun bu gün Antalya, Aydın və Manisada 43 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Afrikadan gələn səhra temperaturunun bu gün və şənbə günü pik həddə çatacağını bildirən meteoroloqlar isti havaların avqustun 15-dək davam edəcəyini, həddindən artıq istilərin isə 10 gün təsirli olacağını qeyd ediblər.

Sabah Antalyada temperaturun 44 dərəcəyə çatacağı gözlənildiyi halda, Türkiyədə həddindən artıq istilər dünəndən təsirini göstərməyə başlayıb. Adana, Mersin, Hatay və Osmaniye; Egeydə İzmir, Aydın, Manisa və Dənizlidə isti hava səbəbindən küçələr boş qalıb.

Adanada 'El Nino' ​​temperaturları öz təsirini göstərməkdədir. Meteorologiya Ümumi Müdirliyinin məlumatına görə, hava istiliyinin 40 dərəcə ölçüldüyü şəhərdə termometrlər 45 dərəcə göstərib.

Şəhərdə istiyə ən çox məruz qalanlar çörək sobalarında ocaq başında işləyən ustalar idi.

Aysun / Demedia.az