BMT qaçqın probleminin həlli üçün qlobal həmrəyliyə çağırdı



 16:12 14.07.2023     289

Bir sıra inkişaf etməkdə olan ölkələr münaqişə zonalarından qaçanların üzünə qapılarını açıb.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik belə açıqlama verib. O qaçqınların problemlərinin həlli üçün qlobal həmrəyliyə çağırıb. Düjarrik, münaqişədən qaçan insanlara qapılarını açan ölkələrin əksəriyyətinin özlərinin problemlərinin olduğuna diqqət çəkib. Bunun Banqladeş və Çad kimi ölkələrdə açıq şəkildə göründüyünü ifadə edən Dujarrik bildirib ki, bu problem qlobal həmrəyliklə həllini tapmalıdır.

BMT-nin Sudanda sülhün bərqərar olması üçün birbaşa təşəbbüs etmədiyinə diqqət çəkən Dujarrik, Sudanda fərqli sülh təşəbbüslərinin olduğunu və BMT-nin onları dəstəklədiyini bildirib.

Bahadur Seyidov