BƏƏ Türkiyə və Suriyaya 15 min tondan çox humanitar yardım göndərdi



 16:24 14.07.2023     297

Birləşmiş Ərəb Əmirlikləri Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkən Türkiyə və Suriyaya 260 təyyarə və 4 yük gəmisi ilə 15 min tondan çox humanitar yardım göndərib.

Demedia.az xəbər verir ki, krallığın Müdafiə Nazirliyinin Birgə Əməliyyat Komandanlığı belə açıqlama verib. Açıqlamada bildirilib ki, ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığı ilə Türkiyə və Suriyada baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə başladılan “Yiğit Süvari 2” əməliyyatı başa çatıb.

Açıqlamada humanitar yardım, çadırlar, əsas qida və dərmanlar daxil olmaqla 6 min 912 ton təcili yardımın 260 təyyarə ilə, 8 min 252 ton yardım və yenidənqurma materialının isə 4 yük gəmisi ilə daşındığı bildirilib.

Bahadur Seyidov