Çin Qurani-Kərimə qarşı hücumları qətiyyətlə pislədiyini bəyan edib



 16:51 14.07.2023     324

Çin Qurani-Kərimə qarşı hücumları qətiyyətlə pislədiyini bəyan edib.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin mətbuat konfransında deyib. O Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının fövqəladə xüsusi sessiyasında müzakirə edilən Qurana qarşı təhqir və hücumlarla bağlı qətnamə layihəsi barədə danışıb. O bildirib ki, Çin BMT İnsan Haqları Şurasının fövqəladə sessiyasını dəstəkləyir. Çin nümayəndəsi bəyan edib ki, din və inanclara hörmət edilməlidir və ölkəsi İslamofobiyanın bütün formalarına qarşıdır. Qurana hücumların pislənməsini tələb edən qanun layihəsi 47 nəfərlik şurada səsverməyə çıxarılıb. Qınama qərarını 28 nümayəndə dəstəkləyib. Sənədin əleyhinə 12 səs verilib. 7 ölkə bitərəf qalıb.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Bahadur Seyidov