Ürək qüsuru olan uşaqlara ana südünün möcüzəvi faydası - MÜTLƏQ BAXIN! - Video



 09:30 15.07.2023     688

Ürək qüsurlarının rastgəlmə tezliyi yüksəkdir, müxtəlif mənbələrin məlumatına görə, hər yeni doğulmuşların 0.8-1.2%-ində rast gəlinir.

Anadangəlmə ürək qüsurları bütün anadangəlmə anomaliyaların 10-30%-ni təşkil edir. Anadangəlmə ürək qüsurlarının nisbətən yüngül ürək inkişafı pozuntusu, eləcə də həyati təhlükəli ağır patologiyaları mövcuddur.

Ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər. Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqlar və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyaları aiddir. Bunlardan hamımızın bildiyi xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur.

Uşaq-Kardioloq Elnur İmanov ürək qüsuru olan uşaqlara ana südünün faydaları  barədə videoda ətraflı məlumat verib.

Demedia.az Elnur İmanov Yutub kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az