Rusiyanın sazişdən çəkilməsinin fəsadları olacaq - Sallivan



 10:43 17.07.2023     338

Rusiya taxıl dəhlizi sazişindən çəkilsə, bunun Moskva üçün diplomatik fəsadları çox böyük olacaq.

Demedia.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.  O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin saziş barədə panının nədən ibarət olduğu məlum deyil. Sallivanın sözlərinə görə, Rusiya bu barədə fərqli açıqlamalar verib. Buna görə də, Rusiya müqavilədən geri çəkilə və ya sazişdə qalmağa qərar verə bilər.

“Rusiyanın müqavilədən çıxacağı təqdirdə dünya bunu “Rusiya Afrikaya, Latın Amerikasına və Asiyaya arxa çevirdi” kimi qələmə verəcək. Sazişdən çıxmağın Rusiya üçün diplomatik fəsadlarının çox böyük olacağını düşünürəm” - Ceyk Sallivan deyib.

Bahadur Seyidov