Zelenski Cənubi Koreyanı təhlükəsizlik zəmanətlərində iştirak etməyə dəvət edib



 11:25 17.07.2023     419

Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Koreyanı G7 ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə dəvət edib.

Demedia.az xəbər verir ki, Zelenski Kiyevdə səfərdə olan Cənubi Koreya prezidenti Yun Suk Yeol ilə görüşdən sonra açıqlama verib. Zelenski bildirib ki, bir neçə milyon Ukrayna vətəndaşı Rusiyanın ilhaq etdiyi bölgələrdədir. Zelenskinin sözlərinə görə, Ukrayna vətəndaşları zorla Rusiyaya sürgün edilib.

Zelenski Ukrayna xalqının təhlükəsizliyi üçün göstərdiyi səylərə verdiyi dəstəyə görə Cənubi Koreyaya və Cənubi Koreya xalqına təşəkkür edib.

Bahadur Seyidov