"Fənərbaxça" Duşan Tadiçi heyətinə qatıb



 11:45 17.07.2023     582

"Fənərbaxça" klubu Duşan Tadiçi heyətinə qatıb.

Demedia.az xəbər verir ki, bu barədə "Fənərbaxça" klubu açıqlama verib. Klubdan bildirib ki, 34 yaşlı Duşan Tadiçlə 2 illik müqavilə imzalanıb. Məlumata görə, futbolçuya illik 4 milyon 200 min avro məvacib veriləcək.

Qeyd edək ki, Serbiya millisinin üzvü olan Duşan Tadiçin son klubu “Ayaks” olub. Futbolçu “Ayaks”da 5 mövsüm keçirib. 5 mövsümdə 161 oyuna çıxan futbolçu, 77 qol vurub. O həm cinah, həm də mərkəz hücumçusu mövqeyində oynaya bilir. Duşan Tadiçi “Beşiktaş” klubu da transfer etməyə çalışıb.

Bahadur Seyidov