Ayla bağlı şok faktlar - Araşdırma



 11:01 17.07.2023     930

Bir gün dünyanın 8 milyard əhalisi qorxulu xəbər eşidəcək.  

Dünyanın bütün dillərində bir elan veriləcək: “Ey bəşər övladları, sizə yaxşı və pis xəbərimiz var. Pisdən başlayaq. Hamınız bir  Youtube  videosunun personajlarısınız.  Siz dünyada yaşayırsınız və birdən Ay iki hissəyə bölünür. Təbii ki, izləyicilər üçün bu hekayə uydurmadır. Amma sizin üçün bu hadisə reallıq olacaq. Qorxmayın, apokalipsis olmayacaq. Bəlkə də, bir azcıq...”

İnsanlar panikaya düşürlər və bir neçə gündən sonra sakitləşirlər. Bəlkə də, bu, Ayın qabağında gördükləriniz hallüsinasiya idi? 
Heç nə baş verməyəcək... Amma bu zaman alimlər müəyyən edəcək ki, kosmosun dərinliklərindən üzü bəri-bizə doğru böyük bir meteorit şığıyır. O, böyükdür, yastıdır, amma iti kənarları var.  Xoşbəxtlikdən, o, Yerə çıpılmayacaq, planetimizin bir neçə min km yaxınlığından keçəcək. Amma o, Yerin təbii peyki olan Ayın düz ortasına düşəcək.  Ayı ikiyə böləcək və kosmosda öz səyahətinə davam edəcək. İnsanlar dayanmadan Ayı müşahidə edirlər və bu an meteorit onu iki bərabər hissəyə ayırır... Bəs, indi necə yaşayaq? Neyləyək?  Xoşbəxtlikdən, bölünmüş hissələr bir-birindən ayrılmır; qravitasiya onları bir yerdə saxlayır. Alimlər əmindir ki, bir neçə milyard ildən sonra onlar birləşəcək və Ay yenidən bütöv olacaq. Ən əsası, insanlar heç bir dəyişiklik hiss etməyəcək. 
Bütün dünya bu şad xəbəri bayram etməyə hazırlaşanda, səs deyir ki, bəs, o, səhv edib, kosmosdan bizə doğru çəkməyə oxşar iri bir meteorit yol başlayıb. Artıq Günəş sisteminə daxil olub və böyük sürətlə Yerə yaxınlaşır. O, Ayın parçalanmış hissələrindən birinə çırpılır. Zərbəyə məruz qalan hissə Yerə doğru uçur.  Yerə tökülən Ay hissəcikləri nəticəsində meteor yağışı başlayır. Amma bu, qorxulu deyil.  Daşların əksəriyyəti atmosferdə yanır. Ayın  ayrılmış hissəsi planetimizin atmosferi yaxınlığında parçalanır və Saturnda olduğu kimi, kəmər yaradır. Bu hissəcikıər Yer ətrafında fırlanır, bizim  rabitə və internet süni peyklərimizi sıradan çıxarır. Nəticədə, rabitə və internet qırılmalarla işləyir. Hər şeyi yenidən düzəltmək üçün illər lazımdır. 
Beynəlxalq kosmik stansiya artıq mövcud deyil, məhv olub. Xoşbəxtlikdən stansiyadakı kosmonavtlar vaxtında Yerə geri dönə biliblər. Beləliklə, Ayın yarısı Yerin ətrafında, yarısı isə göydə-öz yerində... İlk vaxtlarda həyat tərzi, demək olar ki, dəyişmir.  Dəniz və okeanların sahillərində yaşayanlar üçün bu, belə deyil. Əvvəl Ay okeanlara təsir edərək, qabarma və çəkilmələr yaradırdı. Ancaq parçalanmadan sonra onun cəzbetmə qüvvəsi zəifləyib. O, kiçildiyindən yerə doğru gəlir. Qabarma və çəkilmələr zəiflədiyindən dəniz quşları, bir çox balıqlar, tısbağalar və digər heyvanlar mövcudluğunu  davam etdirə bilmirlər. Axı onların təbii instinkti Ay ilə bağlı idi. Onlar yeməklərini, çoxalmalarını, mövsümi köçlərini Ay ilə uyğunlaşdırırdılar. Bala tısbağalar  isə güclü qabarma gözləyirlər ki, onları dənizə aparsın. Amma bu, baş vermədiyindən onlar quşların atışdırmalığına çevrilirlər. 
Qabarma-çəkilmə prosesinin gücü və müddəti dəyişdiyindən, xərçənglər yumurtlaya bilmir. Canavarlar hər gecə ucadan ulayır və susmurlar. Təbiət nə baş verdiyini anlamır... İnsanlar diskomfort hiss edir. Bəzilərində təzyiq yüksəlir, aşağı düşür, baş ağrıları yaranır. Ayın bölünməsi planetin bütün ekosistemini dəyişdirir. Yeni şərtlərə uyğunlaşmaq üçün onlilliklər, yüzilliklər lazımdır. Bir neçə həftə sonra insanlar  hiss edir ki, günlər qısalmağa başlayıb. Qısası, Ay Yeirn fırlanma sürətini azaldırdı və sutka 24 saatdan ibarət olurdu. İndi isə fırlanma sürəti yüksəldiyindən,  sutkadakı saatlar azalaraq, 15 saata düşüb. 
İnsanlar yuxusuzluqdan və yaxud, yuxu sindromundan əziyyət çəkirlər. Orqanizmin yeni şərtlərə uyğunlaşmağına vaxt lazımdır. Dünyada iş qrafiki dəyişir. İş saatı 09:00-18:00 idisə, indi 07:00-14:00  arası olub. Yatmağa ayrılan vaxt azalıb.  İnsanlar ruhdan düşüb... Az iş saatına görə, inkişaf zəifləyib, gələcəyin texnoloji inkişafı sürünməkdədir. Saatlıq ödəniş dəyişməyib. 
Bütöv Ay planetimizdəki  iqlimi və havanı balanslaşdırırdı. Marsa baxın: onun 2 balaca peyki var. Bu peyklər çox sürətlə hərəkət etdiyindən, Marsda tez-tez güclü qum fırtınaları, tufanlar və qasırğalar olur. Ayın parçalanması da Yerin fırlanmasınaı dəyişdiyi üçün bu, mövsümi temperatur dəyişikliyinə də təsir edir. İsti bölgələr daha isti, soyuq yerlər isə daha soyuq olur. Yağışları günəşli hava əvəz edir, adi külək fırtınaya, balaca dalğalar sunamiyə çevrilir. 
İlin fəsilləri  sürətlə dəyişir: qış daha soyuq, yay isə daha isti olur. Yerin maqnit sahəsi də yerini dəyişir, kompas və naviqasiya sistemləri düzgün işləmir. Şimal və Cənubun harda olmasını yenidən hesablamaq lazım gəlir. Heyvanlar miqrasiya edə bilmirlər, çünki qütbləri itiriblər. Onların  içindəki daxili kompas sınıb. 
...Bir neçə yüz il keçib. İnsanlar yeni həyata alışıblar. Yer üzündə yeni növ heyvanlar, balıqlar, quşlar yaranıb. İqtisadiyyat bərpa olunub. Gündə 5-6 saat işləyirlər. Saatlıq əmək haqqı yüksəlib. Bu, xidmət sektoruna da təsirsiz qalmayıb. Filmlər 1 saatdan artıq olmur. Serialların 1 seriyası 30 dəqiqəni keçmir. Həyat daha sürətlə axıb gedir. İnsanlar 96 il yaşayır; yaşam  müddəti uzanmayıb, onun hesablanması dəyişib. 
Bir neçə min ildən sonra, insanların gözləri daha çox Ay işığı almaq üçün böyük olub.  Gecələr daha qaranlıq olub. Ona görə də, minilliklər ərzində gözlərimiz qaranlıqda görmək üçün inkişaf edib. Heyvanların da gözləri böyüyüb və həssaslaşıb. İnsanlar Yerin orbitini Ay daşlarından təmizləyiblər. İndi bir neçə kosmik stansiya uçur. 
Birdən, qəfil insanlar yenidən o qəribə səsi eşidirlər: “Siz Youtube videosunun personajlarısınız. Sizin hekayənin sonu yaxlnlaşır. Sağ olun!” 

Bahadur  Seyidov