Sudanda tərəflər danışıqlara başlayır



 12:45 17.07.2023     325

Sudan ordusu daimi atəşkəsə nail olmaq üçün başladılan “Ciddə danışıqları”na qayıtmaq qərarına gəlib.

Demedia.az xəbər verir ki, ordunu təmsil edən heyət Çevik Dəstək Qüvvələri ilə danışıqları davam etdirmək üçün Səudiyyə Ərəbistanına gedib. Məlumata görə, danışıqlar ABŞ-ın vasitəçiliyi ilə keçirilir. Adının açıqlanmasını istəməyən ordunun nümayəndə heyətinin rəsmisi bildirib ki, yeni danışıqlar prosesinin uğuru Çevik Dəstək Qüvvələri heyətinin ciddiliyindən və razılaşmanın şərtlərinə əməl etməsindən asılıdır.

Adının çəkilməsini istəməyən Çevik Dəstək Qüvvələrinin rəsmisi də böhranın sülh yolu ilə həlli üçün danışıqlara yenidən başlamağa hazır olduqlarını bildirib.

Bahadur Seyidov