İspaniyanın La Palma adasında meşə yanğınları qəsəbələrə çatdı



 14:46 17.07.2023     351

İspaniyanın La Palma adasında meşə yanğınları davam edir.

Demedia.az xəbər verir ki, adanın şimalındakı El Pinar de Puntagorda meşə sahəsində başlayan yanğın cənubdakı Ticarafe şəhərinə çatıb. Yanğın nəticəsində 4 min 500 hektar ərazi külə dönüb. 4 min 255 nəfər bölgədən təxliyə edilib. Kanar Adaları Regional Hökumətinin məlumatına görə, əhali təxliyə olunmağa qarşı çıxsa da, hökumətin prioriteti insanların həyatını xilas etməkdir.

İspaniyanın baş naziri Pedro Sançes yanğından zərər çəkənlərlə həmrəy olduğunu və bütün lazımi avadanlıqların La Palma hakimiyyətinin sərəncamına verildiyini bildirib.

Bahadur Seyidov