Keniyada müxalifətin aksiya keçirilməsinə icazə verilmədi



 14:12 17.07.2023     312

Keniya prezidenti Uilyam Ruto müxalifətin vergi artımı qərarına qarşı yeni etirazlar keçirməsinə icazə verməyəcəklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, Ruto müxalifətin planlaşdırdığı nümayişin baş tutmayacağını və buna imkan verməyəcəklərini bəyan edib. O bildirib ki, vətəndaşların qanından istifadə edib mallarına ziyan vurmaqla ölkə rəhbərliyini ələ keçirməyə ümid etmək olmaz. Qeyd edək ki, müxalif Azimio koalisiyasının lideri Raila Odinqa yeni etirazlara başlayacaqlarını açıqlayıb.

Keniyada paytaxt Nayrobi və Mombasa olmaqla bir çox şəhərdə müxalifətin təşkil etdiyi son nümayişlərdə 10 nəfər həyatını itirib.

Bahadur Seyidov