Qərbin gülləsi yoxdur - Putin



 15:48 17.07.2023     326

ABŞ və Avropanın arsenalında kifayət qədər silah-sursat qalmadığına görə, Ukraynaya kasetli sursat təklif edib.

Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya kaset bombası göndərmək qərarı ilə bağlı danışarkən belə açıqlama verib. Putin bildirib ki, ABŞ rəhbərliyi bundan əvvəl bu bombalardan istifadənin cinayət olduğu ilə bağlı açıqlama vermişdi və kasetli bombalara qarşı münasibət belə olmalıdır. Ukrayna ordusunun gündə 5-6 min 155 millimetr civarında güllədən istifadə etdiyini deyən Putinin sözlərinə görə, ABŞ bir ayda 15 min güllə istehsal edir.

"Onların güllələri çatmır. Avropada da yoxdur. Kasset sursatlarının istifadəsini tövsiyə etməkdən daha yaxşı heç nə tapmadılar” -  Putin deyib.

Bahadur Seyidov