Quruda yaşa bilən balıq kəşf edildi



 15:19 17.07.2023     314

Cənubi Amerika ölkəsi Boliviyada saatlarla sudan kənarda qala bilən və fərqli nəfəs alma tərzinə malik yeni balıq növü kəşf edilib.

Demedia.az xəbər verir ki, boliviyalı tədqiqatçı Heinz Arno Draert tərəfindən kəşf edilən yeni balıq növləri könüllü olaraq sudan çıxaraq, saatlarla çöldə qala və nəfəs ala bilir. Uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar apardığını bildirən Dravert,

"Bu qəribə balığın uzunluğu təxminən beş santimetrə çatır, gövdəsi yaşılımtıl-boz, rəngli naxışları var. Meşədə və müvəqqəti su ekosistemlərində yaşayır. Bu balıq növü sudan öz iradəsi ilə çıxır” – deyə bildirib.

Bahadur Seyidov