Birləşmiş Ərəb Əmirlikləri və Hindistan dirhəm və rupidən istifadə edəcək



 16:49 17.07.2023     325

Birləşmiş Ərəb Əmirlikləri və Hindistan beynəlxalq pul köçürmələrində dirhəm və rupidən istifadə haqqında saziş imzalayıb.

Demedia.az xəbər verir ki, bu barədə hər iki ölkənin Mərkəzi Bankının rəhbərləri saziş imzalayıb. İmzalanma tədbirində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Hindistanın baş naziri Narendra Modi də iştirak edib. “Müqavilə bütün mövcud hesabların köçürülməsini və nizamnamə kapitalının köçürülməsini əhatə edir”, - məlumatda deyilir.

Ötən il iki ölkə arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalandığı bildirilib və bu sazişlə iki ölkənin gömrük rüsumlarının azaldıldığı qeyd edilib.

Bahadur Seyidov