Çin Avropa İttifaqını əməkdaşlığa səslədi



 16:14 17.07.2023     312

Avropa İttifaqı Pekinlə strateji tərəfdaşlığa dair mövqeyini aydınlaşdırmalıdır.

Demedia.az xəbər verir ki, Çin Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi belə deyib. Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Vanq Avropa İttifaqı ilə Çin arasında heç bir əsaslı maraq toqquşmasının olmadığını bildirib və o, Avropa İttifaqını əlaqələri inkişaf etdirmək üçün addımlar atmağa çağırıb.

“Avropa İttifaqı ilə əlaqələr gücləndirilməli, qarşılıqlı etimad artırılmalı və ikitərəfli əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarına uyğun olaraq dərinləşdirilməlidir. Avropa Birliyi Çinlə münasibətlərində tərəddüd etməməlidir” - Vanq Yi deyib.

Bahadur Seyidov