“Fənərbaxça”nın sabiq prezidenti təyyarədə davanın qarşısını aldı



 19:01 17.07.2023     432

"Fənərbağça"nın əfsanəvi prezidentlərindən olan Aziz Yıldırım Bodrumdan İstanbula gedərkən təyyarədə xaos yaşanıb.

Demedia.az xəbər verir ki, Yıldırım ortaya çıxan mənfi durumun qarşısını almaq üçün böyük səy göstərsə də, təyyarədəki neqativ vəziyyəti düzəltməkdə çətinlik çəkib.

Hadisə baş verən zaman təyyarədə olan sərnişinlər dincliklərini itirərkən təşviş içində olan insanlar gərginliyin aradan qaldırılmasını və insidentə səbəb olan sərnişinlərin təyyarədən çıxarılmasını tələb ediblər. Bu arada Aziz Yıldırım içəri girib.

"Sarı-göylər" klubunun sabiq prezidenti tərəflərdən birinə "Sən asayişi pozursan. İşə qarışmayaq. Ayıb, ayıb!" qarşı tərəf isə Yıldırıma "Sənə hörmətim var!" cavabını verib. Sonra Əziz Yıldırım, "Yaxşı, ayıbdır!" deyərək vəziyyəti sakitləşdirib.

Aysun / Demedia.az