Mağarada axtarış: 5 il sonra görün nə tapdılar - VİDEO



 20:02 17.07.2023     461

Türkiyədə Antalyanın İbradı mahalının Ormana rayonunda 5 ildir mağara araşdırması aparan Hacettepe Universiteti Mağara Araşdırma Cəmiyyəti (HÜMAK) Ormana rayonu sərhədlərində yerləşən mağaranın içərisində çürüyən Murat 124 markalı avtomobillə qarşılaşıb.

Demedia.az xəbər verir ki, İbradı rayonunun Ormana məhəlləsi yaxınlığındakı Hökez məhəlləsində yerləşən və yerli əhali tərəfindən çuxur kimi tanınan təxminən 50 metr şaquli enişlə mağaraya enən qrup, içəri itələnən Murat 124 markalı avtomobillə qarşılaşıb. Hacettepe Universiteti Mağara Araşdırma Dərnəyinin (HÜMAK) prezidenti Əhməd Öztürk deyib:

"Qrupumuzda mağaraya enən bütün dostlar həyəcanlandı. İçərisində gördüyümüz avtomobilə görə bu mağaraya "Carlı" adını verməyə qərar verdik. Mağara təxminən 40-50 metrdir.Xəritələmə işləri davam edir. Üfüqi hissənin dərinliyi tam olaraq çıxarılmayıb, çünki 70 metrə qədər irəliləyib".

Daha ətraflı videoda:

Aysun / Demedia.az