Saqqızla bağlı qeyri-adi FAKTLAR
Buterbrod çörəyi adi çörək deyil. Su eyni anda həm qaynayar, həm donar. Banan ağacda bitən giləmeyvədir.
Bəli, bütün bunlar gülünc səslənir... Gəlin, ətraflı öyrənək.
Saqqızlar, əksərən, qırmızı rəngdə olur. 1928-ci ildə ilk saqqız satışa çıxarılanda məhz bu rəngdə idi. Çünki fabrikdə həmin ərəfədə, sadəcə, qırmızı qida rəngləndiricisi vardı. Əslində, ilk təbii saqqız 9 min il bundan əvvəl peyda olub. O vaxt insanlar ağcaqayın qətranını çeynəyirdilər. Bunu onlar müalicə məqsədilə edirdilər. Məsələn; qətran çeynəmək qızdırmanı aradan qaldırırdı. Bununla yanaşı, müxtəlif dövrlərdə insanlar fərqli şeylər çeynəyirdilər. Qədim mayalar sapodilla (manilkara zapota) ağaclarının şirəsindən hazırladıqları “çikla” adlı maddə çeynəyirdilər. Onlar əmin idilər ki, çikla aclığı və susuzluğu azaldır. Şimali Amerikada yerlilər küknar qətranı çeynəyirdilər. Sonradan bu vərdişə Avropalı kolonistlər də yiyələndilər. 1840-cı illərdə qətranın seriyalı isehsalına başladılar.
Heç bir Windows versiyasında qovluğu CON adlandıra bilməzsiniz. Həmçinin, PRN, AUX/N adlarında da qovluq yarada bilməzsiniz. Səbəb odur ki, əməliyyat sistemi özünün lazımi məlumatlarını bu adlı qovluqlarda saxlayır. Bu adda qovluq yaratsanız, o zaman sistem dolaşar və iş qabiliyyətini itirə bilər.
Əgər kart dəstəsini bütün mümkün kombinasiyaların 1/3-ni əldə etmək üçün paylasanız, sizə milyardlarla il lazım olacaq. Bu haqda düşünün. Adi dəstədə 52 kart olur. Təkrarsız kombinasiyaların mümkün sayını bilmək üçün 8-i 1067-ə vurmaq lazımdır. Hətta saniyədə 30 dəfə paylamaq imkanınız olsa belə, heç bir kombinasiyanı təkrar etmədən, bütün kombinasiyaları yerinə yetirməyinizə kainatın yaranmasından bir neçə yüz trilyon dəfə çox vaxt lazımdır.
Bir vərəqi 103 dəfə qatlasanız, 93 milyard işıq ili qalınlığında kağız əldə edərsiniz. Bu, kainatın görülən həcmindən böyükdür. Sınaqdan çıxarmaq istəsəniz, bilin ki, kağızı 12 dəfədən çox qatlaya bilməzsiniz. 500 metrlik kağızla cəhd etsəniz, bəlkə, nəticəyə bir az yaxınlaşarsınız. Çap işindəki adi kağızlar yalnız 7 dəfə qatlana bilir.
Bir çox supermarketlərdə 2 fərqli çörək rəfi görə bilərsiniz. Onlarda fərqli çörəklər satılır. Yüngül, kvadrat formalı, doğranmış şəkildə çörək görsəniz, bilin ki, “buterbrod çörəyi”nə baxırsınız. Buterbrod çörəyinin adi çörəkdən fərqi ondadır ki, onlar üzərinə nəsə yaxmaq üçün xüsusi hazırlanıb. Üzərinə yaxılanın axmaması və orda qalması üçün nəzərdə tutulduğundan strukturu daha sərtdir. Üstəlik, adi çörəklər kimi, qısa müddətdə ovxalanmır. Bununla yanaşı, dişləyə biləcəyiniz qədər də yumşaqdır. 1 buterbrod çörəyini 1 həftə ərzində hər səhər süfrəyə qoya bilərsiniz: o öz yumşaqlığından və dadından nəsə itirməyəcək. Adi çörək isə, uzağı, 2 günə köhnəlir.
Su eyni anda həm qaynayar, həm də dona bilər. Bunu “üçüncü nöqtə” də adlandırırlar. Yalnız o halda mümkün olur ki, su həm maye, həm qaz, həm də bərk halda olur. “Üçüncü nöqtə” 6000 atmosfer təzyiqi altında, donma temperaturundan azca yüksək istilikdə baş verir.
Twitterin loqosunda gördüyünüz mavi quşun rəsmi adı var. Bu sosial şəbəkənin yaradıcılarından biri basketbolçu Larry Bird`in heyranı imiş. Ona görə də, mavi quşa məhz Larry adını qoyub.
Smartfonunuzu gec-gec adapterə taxarkən, elektrikə qənaət etdiyinizi düşünürsünüzsə, sizə pis xəbərim var. Mobil telefon enerji yığmaq üçün çox az həcmdə elektrik enerjisi sərf edir. Yəni, bütün cəhdlərinizə baxmayarq, 1 il ərzində qənaət edəcəyiniz pul məbləği maksimum 1 dollar olacaq.
İlk vaxtlar bütün yolsuzluq avtomobilləri GP adlanırdı. Sonralar “Jeep” bizim indi tanıdığımız brendə çevrildi.
Banan ona görə əyridir ki, o, günəşə meyl edir. Banan ağacı isə, əslində, otdur. Yarpaqları üzüşağıya, meyvəsi üzüyuxarı meyillənir.
İdman paltarlarını hazırlamaq üçün istifadə edilən materialın adı “spandex”dir. Bu söz ingilis dilindəki “expand” sözündən götürülüb, mənası “genişləmək” deməkdir.
Əgər Youtubdakı bütün videolara baxmaq istəsəniz, sizə min illərlə vaxt lazım olacaq. Həmin müddətdə isə daha neçə min il ərzində baxa biləcəyiniz videolar hazırlanacaq.
Əslində, pomidor giləmeyvədir. Banan, bibər, qarpız, badımcan da botanik təsnifata görə, giləmeyvədir.
Hər bir kosmetik vasitənin qablaşdırılmasında açıq qab şəklində işarə var. Bu, onu göstərir ki, məhsulun ağzını açdıqdan sonra, xarab olmasından qorxmayaraq, işlədə bilərsiniz. Bir çox hallarda həmin işarədə qabın üstündə “M” hərfi olur. “M”in qarşısındakı rəqəm vasitənin ağzı açıldıqdan sonra, neçə ay işlədə biləcəyinizi göstərir. Ona görə də, kosmetik vasitəni açdığınız vaxtı yadınızda saxlayın.
Qulaqcıq ucluğunda həmişə bir neçə üzük olur. Hər biri müxtəlif funksiyalar üçün nəzərdə tutulub:
I üzük monofonik səs üçündür;
II üzük stereo üçündür;
III üzük mikrofon üçündür;
Yumurtanın tam bişdiyini öyrənmək üçün suyun içində fırladın. Qəşəng fırlanırsa, deməli, bişib.
Yanğını söndürmək üçün adi sudan deyil, “xüsusi sudan” istifadə edilir. Bəli, suyun düşdüyü səthə daha bərk yapışması, suyun səthindəki gərilmənin azalması üçün ona xüsusi kimyəvi maddələr vurulur.
Duş pərdəsi bəzən əl-ayağa dolaşır və çimməyə imkan vermir. Bu effekt ona görə yaranır ki, pərdənin eşiyi ilə içərisində təzyiq fərqi olur: içəridəki isti hava təzyiqin aşağı düşməsinə səbəb olur, eşikdəki yüksək təzyiq pərdəni itələyir...
Adi zibil torbasına diqqətlə baxsanız, görərsiniz ki, onun tikişləri, elə bil, tərs çevrilib. Paketi açmaq üçün silkələməyə gərək yoxdur. Onu zibil vedrsinə şapka kimi geyindirin və vedrənin içinə doğru itələyin. Torba vedrəyə düz üzünə girəcək.
Şokoladlı konfetləri qutudan götürmək asan olmur. Yəqin ki, bunu hamınız nə vaxtsa təcrübə edibsiniz. Bundan sonra rahatca şokoladlı konfet yeməyiniz üçün sizə bir sirr açımmı? Tamam, diqqətli olun! Konfetlərin yanındakı kiçik qabarıqları görürsünüz? Baxın, onlar sizə kömək edəcək ki, konfetləri qutudan çıxarasınız. Qabarıqlığa basın və şokolad yerindən çıxacaq.
Əlüzyuyandakı əlavə deşik bir neçə gizli funksiyaya malikdir. Məsələn; kimsə suyu bağlamağı unudubsa, yaxud kirli su düzgün axmırsa, su əlüzyuyandan daşmaq əvəzinə məhz bu dəlikdən axır. Beləcə, evinizi su basmır. İkincisi, bu deşik sayəsində əlüzyuyanda su daha sürətlə axır. Çünki o, su borusundakı havanın çıxmasına şərait yaradır.
Bəzi fincanların altında kiçik bir oyuq var. Bu oyuqlar qabyuyan maşınlar üçündür. Oyuğun sayəsində orada su yığılmır və siz fincanı əlinizə götürəndə, üstünüzə su tökülmür. Həm də, oyuqlar sayəsində fincanın iç və çöl üzündəki tempeartur fərqi az olduğundan, o, çatlamır.
Steplerin quruluşuna, daha doğrusu, ön hissəsinə diqqət edin. Əgər siz o hissəni çevirib, tərsinə qoysanız, tikişiniz də tərsinə olacaq. Əslində, çox vaxt bunu qəsdən edirlər ki, tikilmiş kağızları rahatlıqla bir-birindən ayırmaq mümkün olsun.
Bahadur Seyidov / Demedia.az