Cinsi əlaqədən sonra pis iyi və axıntı gəlirsə səbəbi bu ola ilər... - Qardnerelloz - Video



 09:26 18.07.2023     1021

O, Gardnerella cinsindən olan bakteriyalardır, cəmi bir növü var – Gardnerella vaginalis.

Az miqdarda sağlam qadının uşaqlıq yolunda digər mikroblarla birlikdə yaşayır. O, fakultativ anaerobdu, yalnız oksigen olmayan mühitdə yaşaya bilir. Əlverişli şəraitdə tez bölünüb artaraq uşaqlıq yolu və sidik kanalını tutur, vaginada olan süd turşsu bakteriyalarını məhv edir. Nəticədə – keçmişdə qardnerelloz adlanan xəstəlik inkişaf edir. Hazırda alimlər müəyyən etmişlər ki, bu prosesdə digər şərti-patogen mikroblar – mikoplazma, fuzobakteriya, bakteroid, peptostreptokok və digərləri də iştirak edir. Yəni, müasir baxışlara görə qadınlarda qardnerelloz – qarışıq infeksiyadır və «bakterial vaginoz» adlanır.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az