Miqren və Revmatizm ağrılarınızı azaldacaq möcüzəvi daş - Kərəba Daşı - Video



 09:59 18.07.2023     604

İstənilən yaşda olan insan kəhrəba daşını seçə bilər.

Qədim Roma imperiyasında kəhrəba müalicə prosedurlarına daxil edilirdi. Xüsusilə, diş çıxaran uşaqların boğazına və ya biləyinə kəhrəbadan hazırlanmış aksesuar taxırdılar ki, ağrıları azalsın. Asiyada isə yaxaya taxılmış kəhrəbanın uşağın axan seliyinin miqdarını azaltmasına dair inanclar mövcuddur. Tiroid vəzinin funksiyasını normal yerinə yetirməsinə nail olmaq, zobun əmələ gəlməsinə mane olmaq da kəhrəbanın hünərlərindəndir. 150-dən çox növə malik kəhrəba daşının hər çeşidinin xüsusi özəllikləri var. Keçmişdə, xüsusilə, bizim ölkəmizdə bəylər təsbehlərinin kəhrəbanın ən qeyri-adi növündən hazırlanması ilə öyünürdülər.

Demedia.az  Aqat Silver "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək Kəhrəba daşının  faydaları haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az