ABŞ, Cənubi Koreya və Yaponiya təlimlərə başladı



 10:45 18.07.2023     315

ABŞ, Cənubi Koreya və Yaponiya Şərq dənizindəki beynəlxalq sularda raket hücumundan müdafiə təlimlərinə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələri açıqlama verib.  Bildirilib ki, təlimdə ballistik raket hədəflərinin aşkarlanması və izlənilməsi prosedurları və bu mövzuda məlumat mübadiləsi həyata keçirilib. Məlumata görə, təlimin məqsədi Şimali Koreyanın artan nüvə və raket təhdidlərinə qarşı üçtərəfli koordinasiyanın gücləndirilməsidir.

Qeyd edək ki, Şimali Koreya “Hwasong-18” tipli bərk yanacaqlı qitələrarası ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb. Bildirilib ki, “Hwasong-18” tipli raketin hündürlüyü və uçuş müddəti rekord səviyyəyə çatıb. Qeyd olunub ki, Şərq dənizi istiqamətində atılan ballistik raketin sınaq atışını Şimali Koreya lideri Kim Çen In da izləyib.

Bahadur Seyidov