Səudiyyə Ərəbistanı və Yaponiya süni intellekt sahələrinə dair müqavilə imzaladı



 10:52 18.07.2023     305

Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında süni intellekt sahələrinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat verib. Bildirilib ki, Yaponiyanın baş naziri Kişida Fumionun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Yaponiyanın texnologiya şirkəti “NEC” ilə krallığın Süni İntellekt Komissiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi Səudiyyə Ərəbistanının iqtisadiyyatındakı tərəqqisinə töhfə verməkdir.

Qeyd edək ki, Yaponiyanın baş naziri Kişida Fumionun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkə arasında ümumilikdə 26 sənəd imzalanıb.

Bahadur Seyidov