ABŞ-da isti hava 110 milyondan çox insana təsir edib



 11:48 18.07.2023     320

ABŞ-ın cənub-qərbində isti hava 110 milyondan çox insana təsir edib.

Demedia.az xəbər verir ki, ABŞ Milli Hava Xidməti ölkənin 38 şəhərində temperatur rekordlarının qırıldığını açıqlayıb. Məlumata görə, Las-Veqasda 47,2 dərəcə ilə temperatur rekordunun qırıldığı halda, Kaliforniyanın Ölüm Vadisində temperatur 53,9 dərəcəyə çatıb. Arizonada 17 gün ərzində temperatur 43 dərəcədən aşağı düşməyib. Rəsmi dairələr həssas insanların, o cümlədən uşaqlar, hamilə qadınlar və qocaların risk altında olduğuna dair xəbərdarlıq edib.

Bildirilib ki, Kaliforniya və Nevada ştatlarının bəzi yerlərində ictimai binalar insanların özlərini istidən qoruya biləcəyi “soyutma mərkəzləri”nə çevrilib.

Bahadur Seyidov