Hərracda birinci nəsil “iPhone” 190372 dollara satılıb



 11:52 18.07.2023     309

2007-ci il istehsalı olan “Apple iPhone” hərracda ilkin satış qiymətindən 300 dəfə baha, 190372 dollara satılıb.

Demedia.az xəbər verir ki, 599 dollara alınmış 4GB modelin hələ də zavod qablaşdırmasında və əla vəziyyətdə olduğu bildirilir. “Auctioneer LCG Auctions” cihazı “məşhur”, “yüksək keyfiyyətli kolleksiya” və “son dərəcə nadir” kimi təsvir edib. Hərraca 10000 ABŞ dolları dəyərində ilkin təklifdən sonra ümumilikdə 28 təklif daxil olub.

Qeyd edək ki, “LCG Auctions” bundan əvvəl daha bir birinci nəsil “iPhone”u 63356 dollara satıb. “Wright Auctions” isə birinci nəsil “iPhone”u 40320 dollara satıb.

Bahadur Seyidov