Çində qasırğa səbəbindən 230 minə yaxın insan təxliyə edilib



 10:58 18.07.2023     306

Çinin cənubundakı Quandun əyalətində təsirli olan “Talim” qasırğası səbəbindən 230 minə yaxın insan evlərindən təxliyə edilib.

Demedia.az xəbər verir ki, BBC-nin xəbərinə görə, küləyin sürətinin saatda 140 kilometrə qədər artdığı tayfun səbəbindən yüzlərlə təyyarə və qatar reysləri ləğv edilib. Sakinlərə sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib. Yerli dairələri təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə əlavə qüvvələr cəlb edib.  

Vyetnamda “Talim” qasırğasından ən çox zərər görəcəyi gözlənilən bölgələrdən 30 minə yaxın insan təxliyə edilib. Honq-Konqda “Talim” tayfunu səbəbindən məktəblər və iş yerləri müvəqqəti olaraq bağlanıb.

Bahadur Seyidov