BMT Rusiyaya çağırış etdi



 11:02 18.07.2023     302

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən Ukrayna ilə bağlı sessiyada nümayəndələr Rusiyanı müharibəni dayandırmağa və Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtmağa çağırıblar.

Demedia.az xəbər verir ki, BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini qeyd edib ki, müharibənin əvvəlindən təsdiqlənən məlumatlarda 9287 mülki vətəndaşın öldürüldüyü, 16384 nəfərin yaralandığı göstərilir. Bu il 79 ölkədən təxminən 345 milyon insanın qida çatışmazlığı ilə üzləşəcəyinin proqnozlaşdırıldığını qeyd edən DiKarlonun sözlərinə görə, Qara Dəniz Taxıl Dəhlizi Razılaşması 33 milyon ton ərzaq ixracına imkan yaradıb. Bu isə qlobal ərzaq qiymətlərini aşağı salıb.

BMT ilə Rusiya arasında anlaşma memorandumunun da nəzərəçarpacaq nəticələr verdiyini qeyd edən DiKarlo BMT-nin səylərini davam etdirəcəyini bildirib.

Bahadur Seyidov