Liderlər kimin dost kimin düşmən olduğunu düşünsünlər - Giorgia Meloni



 11:12 18.07.2023     329

İtaliyanın baş naziri Giorgia Meloni Qara dəniz taxıl sazişindən çıxdığına görə Rusiyanı tənqid edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, dünyanı qidalandıran xammaldan silah kimi istifadə etmək insanlığa qarşı başqa bir cinayətdir.

Baş nazir Meloni yazılı açıqlamasında qeyd edib:

"Rusiyanın taxıl müqaviləsini dayandırması kasıb ölkələr üçün kimin dost, kimin düşmən olduğunun daha bir sübutudur. Hücuma məruz qalanla hücum edəni ayırd etmək istəməyən xalqların liderləri düşünsünlər. Dünyanı qidalandıran xammaldan silah kimi istifadə etmək insanlığa qarşı növbəti cinayətdir”.

Qeyd edək ki, Rusiya taxıl sazişindən çıxdığını bəyan edib.

Bahadur Seyidov