Stoltenberq Rusiyanın taxıl sazişindən çıxmasını qınadı
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin və BMT-nin səylərinə baxmayaraq Rusiyanın taxıl sazişindən çıxmasını qınadığını açıqlayıb.
Demedia.az xəbər verir ki, Stoltenberq sosial media hesabında yazıb:
“Müttəfiqimiz Türkiyə və BMT-nin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən birtərəfli qaydada geri çəkilmə qərarını qınayıram”.
Stoltenberq bəyan edib ki, Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi dünyada milyonlarla insana zərər verir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün ötən il BMT, Rusiya, Türkiyə və Ukrayna İstanbulda Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalamışdı. Rusiya sazişdən çıxdığını bəyan edib.
Bahadur Seyidov