ABŞ Yaxın Şərqdə F-35 və F-16 döyüş təyyarələrinin sayını artırır



 12:42 18.07.2023     295

ABŞ Yaxın Şərqdə F-35 və F-16 döyüş təyyarələrinin sayını artıracaq.

Demedia.az xəbər verir ki, bu barədə Pentaqon açıqlama verib. Bildirilib ki, İranın son aylarda ticarət gəmilərini təqib etməsindən və ələ keçirməsindən sonra ABŞ Yaxın Şərqdəki mühüm su yollarını izləmək və yerləşdirilən F-35 və F-16 döyüş təyyarələrinin sayını artırmaq üçün bölgəyə hərbi gəmilər göndərəcək. ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq jurnalistlərə bildirib ki, Pentaqon ABŞ-ın Hörmüz boğazı və ətrafını izləmək üçün regionda mövcudluğunu və imkanlarını artırır. Yeni reaktiv təyyarələrin hara yerləşdiriləcəyi və bölgədə nə qədər qalacaqları hələlik bəlli deyil.

Qeyd edək ki, dünyadakı xam neft və neft məhsullarının təxminən beşdə biri Fars körfəzinin okeana açıldığı İran və Oman arasındakı Hörmüz boğazından keçir.

Bahadur Seyidov