Rusiya sazişə qayıda bilər - Moskva şərtini açıqladı



 12:45 18.07.2023     307

“Qərb Rusiyanın ərzaq və gübrələrinə tətbiq etdiyi sanksiyaları ləğv edərsə, Moskva taxıl sazişinə qayıdacaq”.

Demedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi belə açıqlama verib. Bildirilir ki, saziş imzalanandan sonra Qərb üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Açıqlamada deyilir ki, Ukraynanın ərzaq ixracatı Kiyevin və onun Qərb kuratorlarının maraqlarına xidmət etmək məqsədi daşıyır. Məlumata görə, taxıl təşəbbüsü ilə indiyədək 32,8 milyon ton yük ixrac edilib ki, bunun da 26,3 milyon tonu Avropa İttifaqı daxil olmaqla, yüksək və orta gəlirli ölkələrə göndərilib.

Açıqlamada deyilir ki, saziş qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıq təhlükəsinin azaldılması, Asiyanın inkişaf etməmiş ölkələrinə yardım kimi humanitar məqsədlər daşıyıb.

Bahadur Seyidov