Uşaqlarda gec olmadan ürək qüsurunu necə müəyyən etmək olar? - DİQQƏTLİ OLUN! - Video



 09:23 19.07.2023     771

Doğuşdan olan ürək xəstəliklərinin çoxunun səbəbi bu gün üçün tam olaraq bilinməsə də bəzi amillərin bu xəstəliklərə səbəb ola biləcəyi qəbul edilmişdir.

Sadə izah etmək lazım gələrsə, doğuşdan olan ürək xəstəlikləri uşağın ana bətnindəki inkişafı zamanı ürəyin normal inkişafını başa vurmaması səbəbindən yaranır. Ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər. Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqlar və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir, videonu izləyərək daha ətraflı məlumat ala bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az