ABŞ Şimali Koreya ilə istənilən məsələdə danışıqlara hazırdır



 11:42 19.07.2023     293

ABŞ Koreya yarımadasında gərginliyi azaltmaq üçün ilkin şərt olmadan Şimali Koreya ilə istənilən məsələdə danışıqlara hazırdır.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentindən bildirilib. Açıqlamada deyilir ki, diplomatiya yeganə etibarlı yoldur və ABŞ heç bir şərt olmadan irəli sürülən dialoqu alqışlayacaq. ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi deyib ki, təklif olunan dialoqun məqsədi bölgədəki təhlükəsizlik məsələlərini müzakirə etməkdir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Şimali Koreya ilə nüvə proqramlarına dair ilkin şərt olmadan danışıqlar aparmağa hazır olduğunu bildirib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq isə bu çağırışı rədd edərək bildirib ki,  ABŞ-ın dialoq təklifi “aldatma” və “ölkəsinin inkişafına mane olmaq cəhdidir.

Bahadur Seyidov